Keyn tarixə düşdü

keyn-tarixe-dusdu
Oxunma sayı: 5611

“Bayern”də çıxış edən Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.

“Qafqazinfo” “Opta Sports”a istinadən xəbər verir ki, hücumçu buna Almaniyada keçirilən Avropa çempionatının 1-ci turunda Serbiya komandası ilə görüşdə meydana çıxmaqla nail olub.

Forvard yığmada dünya və Avropa çempionatlarında ən çox matça çıxan oyunçudur. Əsas turnirlərdə 23-cü qarşılaşmasını keçirən Keyn bu göstəricidə Eşli Koulu geridə qoyub.

İngiltərə Serbiyanı minimal hesabla üstələyib – 1:0.