"Qarabağ" Polşanın "Lex" klubunda forma geyinən Məhəmməd Keytanı transfer edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı yerli "Metro" nəşri yayıb. Məlumatda bildirilir ki, 26 yaşlı hücumçu ABŞ-ın "Minnesota" klubuna keçməkdən imtina edib.
Hücumçu verdiyi açıqlamada Ağdam klubu ilə müqavilə şərtlərini razılaşdırdığını bildirib.
Qeyd edək ki, Keyta Norveçin U-18, U-21, U-23 millilərində forma geyinib.
Son xəbərlər
Son Xəbərlər