“Khazar İsland” nə vaxt hazır olacaq? - Video+Fotolar

khazar-island-ne-vaxt-hazir-olacaq-videofotolar
Oxunma sayı: 814

Layihənin təşkilatçısı “Avesta” Konserninin prezidenti İbrahim Nehrəmlinin ANS PRESS-ə verdiyi məlumata görə, “Xəzər Adaları”nda yaşayış 2014-cü ilin mart ayından başlanacaq. Birinci mərhələdə tikilən adalarda 100 minlik insanın yaşaması planlaşdırılır.

“Artıq bu layihə üçün 1 milyard 2 milyon manat pul xərcləmişik. Artıq 3 yerdə sektorlar doldurulub. Həmin ərazidə 13 bina tikilməyə başlanıb. 7 km-ə yaxın yol çəkilib. 10 restoran tikilib. Xeyli iş görülüb”, - deyə İ.Nehrəmli bildirib.

Ərazi 55 adadan ibarətdir. Birinci ada qeyri-yaşayış adasıdır. 50-yə yaxın yaşayış adasıdır. Əsas 2 hektor 13 böyük yaşayış adası salınacaq. Qalanları isə kiçik adalardan ibarət olacaq.

Onun sözlərinə görə, ümumilikdə şəhərin ərazisi 3500 hektar olacaq. Hər hektarda bir bina tikiləcək. Şəhərin 150 km uzunluqda, 130 metr enlikdə bulvarı olacaq. 2 mərtəbəli qaraj tikiləcək. Plana görə, 3 etpdan ibarət layihənin II mərhələsinin tikintisinə 2014-cü ildə başalanacaq və 2019-cu ildə yekunlaşacaq. 2017-ci ildən isə III mərhələ başalyacaq və 2026-cı ilə qədər yekunlaşması planlaşdırılır.

Salınan şəhərə Bakının Qaradağ sahillərinin 28-ci kilometrliyindən dənizə körpü ilə girmək mümkün olacaq. İbrahim Nehrəmli deyir ki, çalışacaqlar ki, şəhərin 50 faizi Azərbaycan Respublikasının vətəndaşları təşkil etsin. Çalışacayıq ki, şəhərin qalan 50 faizini xarici vətəndaşları cəlb edək. “Xarici vətəndaşların burada ev alması üçün Azərbaycan Respublaında viza verilməsi və digər məsələlərin həll olunmasına çalışacayıq”.

Qeyd edək ki, “Khazar Islands” layihəsi çərçivəsində yaradılan adaların sahil xəttinin abadlaşdırılması, yeni bulvarların tikintisi aparılır. İndiyədək 4 km-lik bulvar tikilib. Ümumilikdə, ilk mərhələdə 20 km-lik bulvarın və 20 körpünün tikintisi nəzərdə tutulur.

Artıq ilk körpünün tikintisi başa çatmaq üzrədir: 274 metr uzunluğu olan körpünün aşırımı 76 metrdir ki, bu da respublikada ən böyük göstəricidir. Körpünün tikintisi fransalı mütəxəssislərlə birgə həyata keçirilir.

Bundan başqa, şəhərdə kommunikasiya və infrastruktur layihələri həyata keçirilir, şəhərə su çəkilir, elektrik xətləri isə artıq çəkilib. Şəhərin girişində hər biri 5 ha olan 2 böyük park salınır. Artıq burada yaşıllaşdırma işləri gedir. Parkların birində 3 stadion və digər idman qurğuları, digər parkda isə uşaq əyləncə qurğuları tikiləcək.

Şəhərdə nəzərdə tutulan 8 yeraltı keçiddən birincisinin tikintisi başlanıb, 7 km uzunluğunda asfalt yol çəkilir.
Bundan başqa, şəhərdə 10 restoran tikilməlidir. Layihədə ilk obyektlərin açılışı may ayına, çimərlik mövsümü ərəfəsində nəzərdə tutulub. Həmin vaxt işə düşən restoranlarla yanaşı, min nəfərlik çimərlik də fəaliyyətə başlayacaq. Bu çimərlik demək olar dənizin ortasında, sahil xəttindən 2,5 km məsafədə yaradılacaq. Artıq bir neçə böyük hovuzun tikintisi, qum qatının yaradılması işləri də başa çatıb. “Khazar Islands”ın yeni şəhərin icra hakimiyyətinin təməli də may ayında qoyulacaq.