“Khazar Palace” kollektivi Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

khazar-palace-kollektivi-sehidler-xiyabanini-ziyaret-etdi
Oxunma sayı: 2249

Zəfər Günü münasibətilə “Khazar Palace” kollektivi Şəhidlər xiyabanını ziyarət edərək vətən uğrunda canından keçən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, əklil və gül dəstələri qoyub.

Şirkətdən bildirilib ki, “Khazar Palace” kollektivinin 5 üzvü qızğın döyüşlərdə iştirak edərək medallarla təltif olunub:

“Çox şadıq ki, əməkdaşlarımız sağ-salamat aramıza qayıdaraq regionun, eləcə də ölkəmizin turizm potensialının artırılmasına töhfələrini verməkdədirlər. 
“Khazar Palace” ailəsi olaraq, bu ağır və şərəfli günlərdə, şəhid ailələrimizin, dövlətimizin və ordumuzun yanında olmağı özümüzə borc bildik.
Lənkəran rayonundan olan hər bir şəhid ailəsini ziyarət edərək maddi və mənəvi dəstəyimizlə hər birinə azacıq da olsa təsəlli olmağa çalışdıq”.