“KİA” aşdı - Sürücü və xanımı xəstəxanalıq oldu + Video

kia-asdi
Oxunma sayı: 679

Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini 25 yaşlı Ceyhun Kərimov "KİA" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarə etməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü və həyat yoldaşı 24 yaşlı Ziyafət Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili yardım avtomobili ilə Qobustan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polis idarəsinin istintaq və tətqiqat şöbəsi tərəfindən araşdırma apaılır.