“KİA”nı aşırdı - 3 yaralı, 1 ölü

kiani-asirdi
Oxunma sayı: 2216

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, avqustun 3-də saat 2 radələrində Hacıqabul rayonunun Udulu Tava kəndi ərazisində kənd sakini Xəyyam Abuzərov idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə 4 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Vüsal İsifov orada ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.