Türkiyəli müğənni Kibariyə Bakıda villa alıb.
“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə jurnalistlərə açıqlamasında deyib.
Sənətçi bildirib ki, Bakının Şüvəlan qəsəbəsində özünə ev alıb:
“Azərbaycan mənə doğma olan bir ölkədir. Bura gələndə hiss edirəm ki, Azərbaycan-Türkiyə bir millət iki dövlətdir. Mənə çox hörmət etdilər. Hesab edirəm ki, bura tez-tez gəlməliyəm. Ona görə də, özümə ev almışam. Artıq mən də bakılıyam, şüvəlanlıyam”.
Son xəbərlər
Son Xəbərlər