"Qafqazinfo"ya daxil olan məlumata görə, s əfər zamanı həmyerlilərimiz Köln Torpaq Məhkəməsində və Köln Polis İdarəsində kibercinayətkarlıq mövzusuna dair keçirilən müzakirələrdə iştirak ediblər. Müzakirələr zamanı təcrübə mübadiləsi aparılıb, analoji cinayətlərin qarşısının alınması strategiyaları müqayisəli şəkildə araşdırılıb.
“AHİM”-in sədri Anar Bağırov səfərin onlar üçün səmərəli keçdiyini bildirib. Belə ki, hüquqşünas qeyd edib ki, bu səfər özündə kibercinayətkarlıq və digər sahələrdə azərbaycanlı və alman tərəfdaşlar arasında gələcək əməkdaşlıq imkanlarını ehtiva etməklə hər iki ölkənin bu sahədəki qanunvericiliyinin öyrənilməsi baxımından əhəmiyyətlidir.