“Kiberhücumlara qarşı özümüzü necə müdafiə edəcəyik?”

kiberhucumlara-qarsi-ozumuzu-nece-mudafie-edeceyik
Oxunma sayı: 1401

“Bu qədər mühəndisin hər hansı müəssisəsində “playbook” varmı? Biz kiberhücumlara qarşı özümüzü necə müdafiə edəcəyik? Biz buna nə dərəcədə hazırıq?”

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - nazir vəzifəsini icra edən Rahid Ələkbərli Dövlət Qurumlarının IT Rəhbərlərinin IV Zirvə Toplantısında deyib.

“Risklərin əlavə olunması üçün çərçivə planı hazırlamalıyıq. Biz İKT, kibertəhlükəsizlik sahəsində yeni müharibələrə hazır olmalıyıq. Bu düşmən qonşumuz deyil, böyük dövlətlər qapımızın astanasındadır”, - R. Ələkbərli qeyd edib.

Zaur Mirzə