Kibertəhlükəsizlikdə “Hökumət Buludu” necə işləyir?

kibertehlukesizlikde-hokumet-buludu-nece-isleyir
Oxunma sayı: 1016

“NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti mütəmadi olaraq kibertəhlükəsizlik sahəsində əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Kibertəhlükəsizlik həftəsi”nə həsr edimiş mətbuat konfransında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə deyib. O bildirib ki, maarifləndirmə səviyyəsinin yüksəldilməsi, eyni zamanda sahə üzrə fəaliyyət göstərən qurumların, şirkətlərin koordinasiyalı fəaliyyətini təmin etmək məqsədini əsas tutub: 

““Kibertəhlükəsizlik həftəsi” ölkə Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər strategiyasında kibertəhlükəsizlik üzrə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin etmək üçün yaradılıb. Bu il 2-6 mart tarixlərində keçiriləcək. Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti mütəmadi olaraq bu sahədə əhalinin maarifləndirilməsi sahəsində tədbirlər görür. Orta və ali məktəblərdə tərəfimizdən seminarlar təşkil olunur. Uşaqların daha çox məlumatlandırılması, müəllim və valideynlərin maarifləndirilməsi üçün mütəmadi olaraq təbdirlər keçirilir”.

“Kibertəhlükəsizlik həftəsi”ndə keçirilən tədbirlərdən biri də “Hökumət Buludu”na həsr olunub. Tədbir haqqında ətraflı məlumat verən AzİnTelecom şirkətinin kommersiya departamentinin rəhbəri Ruslan Əliyev bildirib ki, “Dövlət Buludu” dünya təcrübəsində yeni deyil:

“Burada bulud texnologiyaları tətbiq olunur ki, bu da ənənəvi İT həllərdən fərqlənir. Ancaq hər iki variantda təhlükəsizlik mühüm rol oynayır. Bununla əlaqədar olaraq 3 mart tarixində keçiriləcək tədbirdə iştirakçılar “bulud texnologiyaları necə olur?”, “hökumət buludu nədir?”, “kimin üçün tətbiq olunur?” kimi suallara cavab ala biləcəklər”.