Kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - Fotolar

kicikhecmli-gemi-istifadecileri-ucun-maariflendirme-tedbirleri-kecirildi
Oxunma sayı: 1994

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə keçirilən silsilə tədbirləri davam etdirir.

“Qafqazinfo” Xidmət “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirləri Siyəzən rayonunun Zarat, Neftçala rayonunun Dalğalı kəndlərində və Yevlax rayonu, Varvara su anbarında təşkil edib. 

Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.