Kievdə gey-parad keçirilib - - Polislə qarşıdurmada yaralılar var

kievde-gey-parad-kecirilib-
Oxunma sayı: 1557



“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, gey-paradda təxminən 300 nəfər iştirak edib. “Bərabərlik marşı”nın iştirakçıları karnaval kostyumları geyinərək əllərində “insan haqları hər şeydən öndədir” sloqanları olan plakatlar qaldırıblar. Hadisə yerinə 2 mindən çox polis əməkdaşları cəlb edilib. 

Dinc nümayiş zamanı gey-paradın keçirilməsinin əleyhinə olan  Ukraynanın milliyyətçi “Sağ sektor” təşkilatının fəalları aksiya iştirakçılarına fişənglər atıblar. Nəticədə polis əməkdaşları arasında yaralananlar olub. Toqquşmadan sonra 25-30 radikal saxlanılıb və polis bölməsinə aparılıb.