Kievdə neft bazası yanır, söndürmək isə mümkün deyil - - Video

kievde-neft-bazasi-yanir-sondurmek-ise-mumkun-deyil-
Oxunma sayı: 1229


“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər  verir ki, Kryaçki kəndində baş verən yanğını söndürmək üçün hazırda heç bir tədbir görülmür. Buna səbəb isə yanğın baş verən əraziyə yaxınlaşmağın mümkünsüz olmasıdır. Yanğının qonşu neft bazasının çənlərinə yayılması təhlükəsi var. Həmin çənlərin hər birində isə 5 min tona yaxın yanacaq olduğu bildirilir. 

Daha əvvəl yanğında 1 nəfərin öldüyü, 5 nəfərin isə ağır yaralandığı deyilirdi. Ölkənin daxili işlər nazirinin verdiyi məlumata görə, hazırda əraziyə Mill Qvardiya cəlb olunub.