Kikboksçumuz qalib oldu

kikbokscumuz-qalib-oldu
Oxunma sayı: 979


 “Qafqazinfo” xəbər verir ki, yarışda Azərbaycanı 4 qat dünya çempionu Pərviz Abdullayev təmsil edib. İdmançımız turnirdə 70 kq çəki üzrə döyüşüb. Çinli idmançı Li Zikai ilə  görüşən Pərviz Abdullayev döyüşü tam üstünlüklə başa vurub.

Xatırladaq ki, bu idmançımızın 35-ci qələbəsi olub. Yarışdan öncə Hollandiyaya yola düşən kikboksçumuz orda "Super PRO" klubunda məşqçi Pramotr Denis Krauvelin nəzarəti ilə yarışa hazırlıq məşqləri keçib. Pərviz Abdullayev FHN-nin əməkdaşıdır.


İqbal