“Aprelin 27-də Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında “FIGHT VISION 3” yarışı keçiriləcək. “FIGHT VISION 3” peşəkar yarışıdır. Bir və ikinci hissələri keçirilib. Üçüncü hissədə isə Azərbaycan və Hollandiya idmançıları mübarizə aparacaq. Burada 12 döyüş keçiriləcək. Mən “Neftçi İSM”in idmançısı kimi mübarizə aparacam. Rəqibim dünya çempionu hollandiyalı Ruben Narain adlı idmançıdır. Onunla dünya kəməri uğrunda döyüşəcəyik. Tam peşəkar kaskasız, əlçəklə döyüşəcəyik. Qalib olan kəmərə sahib olacaq”-, deyə “Ağ canavar” ləqəbli dünya çempionu yarışla bağlı məlumat verib.
Qeyd edək ki, yarışda Ədalət Şükürov və Samir Piriyev fəxri qonaq qismində iştirak edəcək.
Son xəbərlər
Son Xəbərlər