Kılıçdaroğlu 6-cı dəfə CHP sədri seçildi

kilicdaroglu-6-ci-defe-chp-sedri-secildi
Oxunma sayı: 2027

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 37-ci Fövqəladə Qurultayı keçirilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu 1251 səslə 6-cı dəfə partiyanın sədri seçilib. Səsvermədə1318 nümayəndə iştirak edib, 67 səs etibarsız sayılıb.

Partiya sədrliyinə namizədliyini irəli sürmüş Aytuğ Atıcı, İlhan Cihaner və Tolqa Yarman isə kifayət qədər imza toplaya bilməyiblər.