Kılıçdaroğlu Azərbaycan xalqını təbrik etdi

kilicdaroglu-azerbaycan-xalqini-tebrik-etdi
Oxunma sayı: 2045

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, siyasətçi Tvitter paylaşımında yazıb: 

“30 illik işğalın başa çatdığı, Qarabağın ürəyi Şuşanın yenidən Azərbaycan torpaqlarına qovuşduğu Qarabağ Zəfərinin birinci ildönümünü təbrik edir, “Qarabağ Azərbaycandır” prinsipi ilə mübarizə aparan bütün azərbaycanlı qardaşlarımıza sevgi və hörmətimi çatdırıram”.