Kılıcdaroğlu azərbaycanlı biznesmenə təzminat ödəyəcək

kilicdaroglu-azerbaycanli-biznesmene-tezminat-odeyecek
Oxunma sayı: 2072

Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Kamal Kılıçdaroğlu əslən azərbaycanlı iş adamı Rza Zərraba 5 min türk lirəsi mənəvi təzminat ödəyəcək.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul 24. Əsliyyə Hüquq Məhkəməsi bu gün Rza Zərrabın xeyrinə qərar qəbul edib.

Məhkəməyə Zərrabın vəkili Gizem Naz Gündoğan ilə Kılıçdaroğlunu vəkili Cəlal Polad qatılıb. 

Qeyd edək ki, Kamal Kılıçdaroğlu 22 Aprel 2014-cü il tarixli toplantısında iş adamını təhqir etdiyi üçün qarşı tərəf onu məhkəməyə vermişdi. 

Müxalifət lideri ictimaiyyət qarşısında Zərrabı soyğunçu, rüşvətxor və saxtakar adlandırmışdı.