Kılıcdaroğlu baş nazirlə görüşdü

kilicdaroglu-bas-nazirle-gorusdu
Oxunma sayı: 2213

Bu gün Türkiyədə baş nazir Binəli Yıldırımla CHP lideri Kamal Kılıçdaroğlu arasında görüş keçirilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, görüş Çankaya köşkündə baş tutub. Toplantıdan sonra hər iki şəxs jurnalistlərə açıqlama verib.

Media nümayəndəli ilə həmsöhbət olan CHP lideri Kamal Kılıçdaroğlu “Cəmiyyət ciddi travma yaşayıb. Tezliklə normal vəziyyətə qayıtmağımız lazımdır”- deyib.

Baş nazir Binəli Yıldırım isə CHP sədrinə təşəkkür edib və olaylarla bağlı ona məlumat verdiyini deyib. Baş nazir “Təbii ki, çevriliş cəhdi ilə bağlı müdaxilələr edilib, hadisə nəzarətə götürülüb. Siyasi iradə qalib gəlib və demokratiya qələbə qazanıb”,-deyə açıqlama verib.

Aysel Kərimova