Kılıçdaroğlu da Akşenerlə görüşə getdi - Yenilənib

kilicdaroglu-da-aksenerle-goruse-getdi
Oxunma sayı: 3202

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İYİ Partiyasının sədri Meral Akşenerlə görüşə  yollanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Halk Tv” yayıb.

Xatırladaq ki, Türkiyə müxalifəti bu gün ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayacaq. Müxalifət liderləri bununla bağlı yaxın saatlarda görüş keçirəcək.

Görüşdən əvvəl isə Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu İYİ partiyasının sədri Meral Akşenerlə görüşə gedib. Görüş zamanı Akşener “altılı masa”ya geri dönməsi üçün yeni şərt irəli sürüb. Belə ki, o, Mansur Yavaş və Əkrəm İmamoğlunun adlarının prezident köməkçisi qismində hallandırılmasını təklif edib. Onun bu təklifi yaxın saatlarda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna təqdim edəcəyi də açıqlanıb.

***

Ankarada hotellərin birində Kılıçdaroğlu və Akşener arasında görüş keçirilib.

Mansur Yavaşla Əkrəm İmamoğlunun da iştirak etdiyi görüş 15 dəqiqə davam edib.