Kılıçdaroğlu Ərdoğanın iddiası ilə cərimələndi- - 10 min

kilicdaroglu-erdoganin-iddiasi-ile-cerimelendi-
Oxunma sayı: 1185


“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, ölkə prezidentini məhkəmə iclasında təmsil edən vəkil Müəmmər Camaloğlu çıxışında iddia edib ki, Kamal Kılıçdaroğlu 2013-cü ilin yanvarın 14-də CHP fraksiyasının iclasında çıxışı zamanı o zaman baş nazir və hakim Ədalət və İnkişaf Partiyasının rəhbəri olmuş Rəcəb Tayyib Ərdoğanı təhqir edib.    

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın vəkilləri Kamal Kılıçdaroğlu barəsində iddia qaldıraraq Rəcəb Tayyib  Ərdoğana dəymiş mənəvi zərərə görə 100 min lirə məbləğində konpensasiya ödənilməsini tələb ediblər.   

CHP  liderinin maraqlarını təmsil edən vəkil Camal Çelik  Müəmmər Camaloğlunun çıxışının faktlara əsaslandırıldığını və ictimaiyyətin maraqlarına cavab verdiyini bildirib.   

Məhkəmə Rəcəb Tayyib Ərdoğanın iddiasını qismən təmin edilməsinə dair qərar verərək Kamal Kılıçdaroğlunu  10 min lirə məbləğində cərimələyib.