Kılıçdaroğlu İncə ilə görüşəcək

kilicdaroglu-ince-ile-gorusecek
Oxunma sayı: 1288

Türkiyədə prezident seçkilərində məğlub olan Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə partiyanın sədri Kamal Kılıçdaroğlu ilə görüşəcək.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, seçkidən sonra ikili arasında üz-üzə baş tutacaq ilk görüşdə seçki nəticələri müzakirə ediləcək.

Həmçinin, CHP-nin qurultaya gedib-getməyəcəyi barəsində də fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, seçkidən sonra K.Kılıçdaroğlunun istefa verəcəyi və yerinə M.İncənin keçəcəyi iddiaları güclənib.