Kılıçdaroğlunu 110 il həbs cəzası gözləyə bilər

kilicdaroglunu-110-il-hebs-cezasi-gozleye-biler
Oxunma sayı: 3591

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu 110 ilə qədər həbs cəzası gözləyə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Həmin cəzanın Kılıçdaroğluna qarşı açılan müxtəlif iddialar üzrə olduğu bildirilib.

Həmçinin CHP sədrinin siyasi fəaliyyətinə də qadağa qoyula bilər.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu prezident seçkilərinin ikinci turunda 47,82 faiz səslə Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğana məğlub olub.