Kılıçdaroğlunun namizədliyi belə açıqlandı - Video

kilicdaroglunun-namizedliyi-bele-aciqlandi
Oxunma sayı: 4648

Xəbər verdiyimiz kimi, Türkiyə müxalifəti bu gün ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, “altılı masa”nın prezidentliyə namizədi CHP lideri Kamal Kılıçdaroğlu olub.

Bu barədə qərar bu gün “altılı masa”nın keçirilən iclasında alınıb. İclasdan sonra partiya sədrləri tərəfdarlarının önünə çıxıb.

Burada Kılıçdaroğlunun namizədliyini Səadət partiyasının sədri Temel Karamollaoğlu açıqlayıb. Daha sonra Kılıçdaroğlu tərəfdarları qarşısında çıxış edib. 

Həmin çıxışın videosunu təqdim edirik: