Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ailə üzvlərini təhqir etdiyi iddiası ilə məhkəməyə verilən Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun sahib olduğu mirası araşdırılacaq.
“Qafqazinfo” xəbər verir ki, Kılıçdaroğludan Ərdoğan adına 500 min lirə (208 min manat), ailə üzvləri adına isə 1 milyon lirə (417 min manat) təzminat tələb edilir.
Məhkəmə CHP liderinin maddi durumunun araşdırılması üçün onun sahib olduğu var-dövlət barədə hesabat tələb edib.
Qeyd edək ki, K.Kılıçdaroğlu 21 noyabr 2017-ci ildə CHP-nin iclasında Ərdoğan, övladları və qudaları barədə sərt ifadələr işlətmişdi.
Son xəbərlər
Son Xəbərlər