Kılıçla Rubinyanın ikinci görüşünün vaxtı və yeri açıqlandı

kilicla-rubinyanin-ikinci-gorusunun-vaxti-ve-yeri-aciqlandi
Oxunma sayı: 1169

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ikinci görüşünün yeri və vaxtı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, normallaşma prosesi çərçivəsində iki ölkənin xüsusi nümayəndələri – səfir Sərdar Kılıç və Ermənistan parlamentinin sədrinin müavini Ruben Rubinyan fevralın 24-də Vyanada görüşəcək.

Qeyd edək ki, onların ilk görüşü yanvarın 14-də Moskvada baş tutub.