Kilsələri məscidə çevirmək istəyirlər- - Fransada

kilseleri-mescide-cevirmek-isteyirler-
Oxunma sayı: 1322


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Parisdəki terror hücumlarından sonra hökumət ilə ölkədəki müsəlman təşkilatlarını görüşdürən  1-ci dialoq forumu baş tutub. 

Baş nazir Manuel Valls iştirak etdiyi yığıncağa qatılan Fransa İslam qurumunun rəhbəri Boubakeur ölkədəki məscidlərin müsəlmanlar üçün yetərsiz olduğunu bildirib. O,  istifadə olunmayan boş kilsələrin ibadətləri üçün müsəlmanlara verilməsini tələb edib. 

Boubakeur  bildirib ki, Fransada yaşayan 3 milyon müsəlman yaşayır, 2 min 500 məscid var və 300 məscidin də tikintisi davam edir. 

Dalil Boubakeur  paytaxt Parisin cənubundakı Clermont-Ferrand şəhərində müsəlmanların 30 il boyunca kilsədə yığışdıqlarını bildirib.