“Kim bacarırsa, onu dayandırsın”

kim-bacarirsa-onu-dayandirsin
Oxunma sayı: 3637

İtaliyanın Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri, “Liqa” partiyasının lideri Matteo Salvini NATO-nun Baş katibi Yens Stoltenberqi “təhlükəli şəxs” adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərini “ANSA” yayıb.

“Bu səhər mənə bildirdilər ki, NATO-nun Baş katibi Stoltenberq Sofiyada İtaliya və Avropa silahlarının Rusiyanı vurmalı olduğunu deyib. Bu centlmen təhlükədir. Rusiya daxilində hədəfləri vurmaq mənə təhlükəli görünür, ona görə də kim bacarırsa, onu dayandırsın”, - M. Salvini qeyd edib.