Kim Çen İn 2022-ci ili “ölümcül mübarizə ili” adlandırdı

kim-cen-in-2022-ci-ili-olumcul-mubarize-ili-adlandirdi
Oxunma sayı: 2755

“2022-ci il “böyük ölümcül mübarizə” ili olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn ölkənin Koreya Fəhlə Partiyasının bayramöncəsi iclasında çıxışında deyib.

O iclas zamanı ABŞ və yaxud Cənubi Koreya ilə münasibətlərdən deyil, daha çox ölkənin daxili problemlərinə toxunub. 

Kim Çen İnin sözlərinə görə, 2022-ci ilin mübarizəsi – böyük ölümcül mübarizədir və sosializmin hərtərəfli inkişafı, böyük Şimali Koreya xalqı naminə zərrə qədər ləngimədən ona qalib gəlmək lazımdır. 

O həmçinin partiya və Şimali Koreya xalqının 2022-ci ildə uğur qazanacağından əminliyini ifadə edib.