Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib.
“Qafqazinfo”nun “Business Insider”in yaydığı xəbərə istinadən verdiyi məlumata görə, Çinin şimal-şərqində hərəkət edən müəmmalı qatar Şimali Koreyadan paytaxt Pekinə gəlib. Qeyd edilir ki, sözügedən qatara görə dəmiryol qatarlarının hərəkət cədvəlində fasilələr baş verib. Hesab edilir ki, bu Kim Çen İnın olduğu zirehli qatardır. Məlumatda o da yer alıb ki, sirli qatarın gəlişi vağzalda təhlükəsizliyin gücləndirildiyi vaxtla üst-üstə düşüb. Həmin anların görüntüsü tvitterdə yayılıb.
Qeyd edək ki, məlumat öz təsdiqini taparsa, bu, Şimali Koreya lideri Kim Çen İnın prezident kimi Çinə ilk səfəri olacaq.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər