Kim Çen In kəşfiyyat rəhbərini istefaya göndərdi

kim-cen-in-kesfiyyat-rehberini-istefaya-gonderdi
Oxunma sayı: 1269

Şimali Koreya lideri Kim Çen In kəşfiyyat xidmətinin rəhbəri Kim Von Honu istefaya göndərib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Renhap” məlumat yayıb.

Nazirin istefaya göndərilməsinə səbəb onun vəzifə səlahiyyətlərindən süi istifadə etməsi göstərilir. Bundan əlavə onun hərbi rütbəsi də azaldılıb. Kim Von Honun korrupsiyaya bulaşdığı da vurğulanıb.

Kəşfiyyat Xidməti mövzu ilə bağlı şərh verməkdən imtina edib.