Rusiyada səfərdə olan Şimali Koreya lideri Kim Çen In Vladivostokdakı Mariinski Teatrında “Yatmış gözəl” baletinə baxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyi teleqram kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, Kim Çen Inı səfərdə Rusiya-KXDR Hökumətlərarası Komissiyasının sədri Aleksandr Kozlov və Primorsk diyarının qubernatoru Oleq Kojemyako müşayiət edir.