Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vyetnama gedib.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, onu daşıyan zirehli qatar Lon Son əyalətindəki Dondqdanq stansiyasına çatıb.
Ş.koreya rəhbəri görüşün keçiriləcəyi Hanoy şəhərinə getmək üçün yoluna avtomobil korteci ilə davam edəcək.
Qeyd edək ki, iki lider arasındakı ikinci zirvə görüşü 27-28 fevral tarixlərində baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər