Şimali Koreyada bu gün ənənəvi olaraq Günəş Günü – ölkə qurucusu Kim İr Senanın 105-ci ildönümü qeyd olunur.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə lideri Kİm Çen In paytaxt Pxenyanda keçirilən təntənəli paradda iştirak edib. Paradda Koreyanın silahlı qüvvələrinin bütün növ silahları, o cümlədən ilk dəfə olaraq sualtı qayıqdan atılan ballistik raketləri nümayiş olunub.
Bayram tədbirini işıqlandırmaq üçün Pxenyan 100-lərlə xarici jurnalisti ölkəyə dəvət edib.









Son xəbərlər
Son Xəbərlər