Şimali Koreya lideri Kim Çen Inın Çinə səfəri Pekin hüquq mühafizə orqanlarını hərəkətə keçirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtda təhlükəsizlik gücləndirilib. Bildirilir ki, bütün güc strukturları əsasən Pekinin Çanançze küçəsində toplaşıb.
Qeyd edək ki, dünən xarici KİV-lər Çen Inın Çinə səfəri barədə yazsa da, məlumat hələ təsdiqini tapmayıb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər