“Kim Çen Inın ölüm xəbəri bu həftəsonu elan olunacaq ”

kim-cen-inin-olum-xeberi-bu-heftesonu-elan-olunacaq-
Oxunma sayı: 6128

2006-cı ildən Şimali Koreyadan Cənubi Koreyaya gedən və 15 aprel seçkilərində millət vəkili olan Ji Seonq-ho Şimali Koreya lideri Kim Çen Inın öldüyündən 99 faiz əmin olduğunu deyib.

“Qafqazinfo” xəbər verir ki, “Yonhap” agentliyinə danışan deputat Kimin həftəsonu öldüyünü və bu barədə ona məlumat daxil olduğunu deyib. Onun ölüm xəbərinin isə bu həftəsonu elan ediləcəyini söyləyib. Ji Seonq-ho Şimali Koreyada hazırda xələf məsələsi üzərində müzakirələr getdiyini qeyd edib.

“Böyük ehtimalla Kim Çenin bacısı Kim Yo Çjon ölkənin yeni lideri olacaq”, - deyə millət vəkili bildirib.