Məlum olduğu kimi, 27-28 fevral tarixlərində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında ikinci zirvə görüşü olacaq.
“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, Ş.Koreya liderinin oxşarı olan avstraliyalı komdeiya ustası Hovard X görüşün keçiriləcəyi Vyetnamın paytaxtı Hanoya gedib.
Lakin, Vyetnam rəsmiləri onu çox keçmədən ölkədən deportasiya ediblər.
Komedyen hava limanında jurnalistlərə verdiyi açıqlamada Şimali koreyalıların yumor anlayışının olmadığını bildirib.
Qeyd edək ki, Hovard ötən ilin iyununda iki liderin ilk görüşünün baş tutduğu Sinqapurda polis tərəfindən saxlanılmışdı.
Son xəbərlər
Son Xəbərlər