Kim Çendən daha bir edam- - Tısbağaya görə

kim-cenden-daha-bir-edam-
Oxunma sayı: 6812


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, lider may ayında  Pyongyangdakı Taedong çayının sahilində yerləşən fermanı ziyarət edib. 

Ziyarət zamanı göldə xeyli sayda tısbağa balalarının öldüyünü görüb. Buna hiddətlənən lider ferma sahibini cəzalandırmaq qərarına qəlib.

Kim Çen sahibin edam olunması barədə göstəriş verib.

Şimali Koreyanın Daily NK xəbər portalı edamın gerçəkləşdiyi barədə məlumat yayıb. 

Xəbər portalı onu da qeyd edib ki, Şimali Koreyada quraqlıq hökm sürür. Bu səbəbdən fermada olan göllər qurumağa başlayıb, tısbağalar kütləvi şəkildə ölüb. 

Xatırladaq ki, Koreyada olan bu cins tırbağalar şorba yeməklərində qida kimi istifadə olunur.