Kim Çenin qətli üçün xüsusi dəstə yaradılır

kim-cenin-qetli-ucun-xususi-deste-yaradilir
Oxunma sayı: 2836

Cənubi Koreyada müharibə başladığı halda Şimali Koreya rəhbərliyinin aradan götürülməsi üçün xüsusi dəstə yaradılır. "Qafqazinfo" trend-ə istinadən xəbər verir ki, bu barədə Renhap agentliyinə Cənubi Koreya ordusundakı mənbələrdən məlum olub.

Dəstəyə ABŞ xüsusi təyinatlıları da daxil olacaqlar.

Dəstəyə 2 min nəfərədək insan daxil ola bilər. Xüsusi dəstənin qarşısında Şimali Koreya lideri Kim Çen In və digər rəhbər şəxslərin aradan götürülməsi vəzifəsi dayanacaq. Rəhbərlik Cənubi Koreya nümayəndələrinin əlində olacaq. Əməliyyatdan öncə xüsusi təyinatlı dəstə bir neçə təlim keçəcək.