Kim hardan namizəd olacaq?

kim-hardan-namized-olacaq
Oxunma sayı: 2484


Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa:

“Hələki tam dəqiqləşməyib. Amma çox gümanki 26 saylı Sabunçu seçki dairəsindən namizədliyimi verəcəm”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimov:

“AXCP sədri Əli Kərimlinin hansı dairədən namizəd olacağı bilinmir. Ümumiyyətlə, AXCP-nin və Milli Şuranın parlament seçkisinə qatılıb-qatılmayacaq məsələsi müzakirə olunmayıb. Müzakirə olunduqdan sonra qərar veriləcək. Qərar müəyyən edildikdən sonra hər şey açıqlanacaq”.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah:

“İsa Qəmbərin və partiyanın başqanı Arif Hacılının hansı dairə üzrə namizədliklərini verəcəkləri ilə bağlı qərar qəbul etməyiblər. Çünki partiyanın Məclisinə 2 ay var. Məclis ərəfəsində namizəd olub-olmayacağı məlum olacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasınının baş katibi Arzuxan Əlizadə:

“Hələ ki Etibar Məmmədovun namizədliyi müəyyənləşməyib. Onun özü bu haqda qərar verəcək. Amma Etibar bəyin fikri bundan ibarətdir ki, hələ ki vaxta var. Vaxtı gələndə açıqlama verəcək”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı:

“Hələ ki bilmirəm. Çünki seçkiyə kifayət qədər çox vaxt var. Amma namizədliyimi vermək fikrim var”.

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov:

“Bu haqda danışmaq hələ tezdir. Amma namizdəliyimi vermək fikrim var”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

“Nəsimi və Binəqədi rayonları üzrə hansısa dairələrdən birində namizədliyimi verə bilərəm. Çünki əvvəlki ildə də həmin rayonlar üzrə namizədliyimi vermişəm. Amma yenə də hansı dairə üzrə namizəd olacağım dəqiqləşməyib”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli:

“Bu məsələlər partiyanın seçkili orqanlarında müzakirə olunub qərar verilir. Yəni bu gün konkret olaraq hər hansı bir şəxsin hansı dairədən namizədliyini irəli sürməsi, onu arzulaması və deməsi nəticə etibarı ilə hüquqi söz sayılmır. Bütün qərarlar partiyanın Ali Məclisində veriləcək. Partiyanın bu məsələ ilə bağlı məslisi keçirilməyib. Hazırda partiyanın namizədlərinin müəyyənləşməsi ilə bağlı işlər gedir. Son qərarı da Ali Məclis verəcək. Məclis sədrimiz Qüdrət Həsənquliyevlə də bağlı qərarını da zamanında açıqlayacaq. Qüdrət bəy kifayət qədər təcrübəli bir şəxsdir. O, qanunvericiliyin formalaşması prosesində aktiv iştirak edir və hər zaman yüksək təşəbbüslərlə çıxış edir. Hesab edirəm ki, Azərbaycan parlamentində Qüdrət bəy kimi deputatlara ehtiyac var. Hər zaman da olacaq”.