Millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, 46 yaşlı mütəxəssis həmvətənlərinin keçirdiyi sorğuya əsasən Bakıda 2 xal itirən yığmanın baş məşqçisi vəzifəsinə əsas namizəd kimi göstərilib.
"Tportal" saytının keçirdiyi sorğuda respondentlərin əksəriyyəti Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaçın istefaya göndəriləcəyi təqdirdə, millimizin çalışdırıcısını görmək istədiklərini bildiriblər. Amma xorvatiyalı çalışdırıcı Azərbaycandan ayrılmaq istəmədiyini dilə gətirib.
- Bu gün Niko Kovaçın istefasından danışırsınız. Amma bir neçə gün öncə bu mövzu müzakirə olunmurdu. Necə oldu ki, bir mütəxəssisin potensialına inanırdınız və bir neçə gündən sonra hər şey alt-üst oldu? Təəssüf ki, bu cür yanaşma tək Xorvatiyada deyil, bütün dünyada müşahidə olunur. Ancaq digər tərəfdən uğursuzluq olarkən, tənqidə məruz qalmanın müsbət çalarları da var.
- Keçirdiyimiz sorğuda respondentlər millini çalışdırmağa əsas namizəd kimi sizi görür...
- Mənə inanan hər bir kəsə təşəkkürümü bildirirəm. Ancaq Azərbaycan yığmasından getməyi düşünmürəm. Burda məni hər şey qane edir. Cəmi 8 aydı Azərbaycan millisinin “sükanı arxası”ndayam. Hələ 2 il ərzində də burda olacam. Hesab edirəm ki, onlar da gördüyümüz işdən razıdılar. İlk 4 oyunu itirmişik. İndi isə komanda böyüyür, daha yaxşı oynayırıq. Doğrudu, bu, onların ən yüksək səviyyəsi deyil və daha yaxşı oynaya bilərlər.
- Xorvatiyanı AÇ-nin final mərhələsinə yüksəldib və orada millimizin baş məşqçisi kimi olmağı istəmirsiniz?
- Kim istəməz bunu?! Ancaq bir daha təkrar edirəm, Azərbaycanda çalışıram və getmək barədə düşünmürəm. Bundan əlavə, Niko Kovaç bu gün də millinin baş məşqçisidi. Əgər İcraiyyə Komitəsi onunla vidalaşmağı qərara alsa, ən yaxşı seçimi edəcək. Mən də öz işimi davam etdirəcəm.
- Heç olmasa, Kovaç və ya xələfinə İtaliyadan xal almaqla kömək edəcəksiniz?
- Buna tam əmin ola bilərsiniz. Söz verirəm ki, cari tsikldə ən yaxşı oyunumuzu keçirəcəyik. İtaliya əla rəqibdi, ancaq baxımlı futbol oynamır. Hamını 1 top fərqi ilə udur və hazırda qrup lideridi. Son oyunu səfərdə Bolqarıstanla keçirəcəyik. Mənim üçün əsas oyunlar DÇ-2018-in seçmə tsiklidi. Xorvatiya millisinə isə cari tsikldə uğurlar arzulayıram. Bununla da Prosineçki sübut etdi ki, Kovaçın istefaya göndərilməsində maraqlı tərəf deyil.
Son xəbərlər
Son Xəbərlər