“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 32 yaşlı Kim Jong sonuncu dəfə paytaxt Pyongyangın xaricində bir fermada görüntülənib. 2011-ci ildə taxta çıxan liderin artıq dərəcədə kökəldiyi ortaya çıxıb. Dünya mətbuatı Kim Jongun sağlamlığının yaxşı olmadığını iddia edib.
Daily Mail qəzeti isə Kim Jonga 13 il suşi bişirən yapon aşşbaz Kenji Fujimoto ilə əlaqə saxlayıb. O, Kim Jongun suşiyə çox bağlı olduğunu bildirib. Fujimoto gənc diktatorun daha çox bifşteks və köpək balığı ətindən hazırlanan şorbanı sevdiyini qeyd edib.
Aşbaz Kimin bir oturuşda iki şüşə şampan içməsini həddindən artıq dərəcədə kilo almasında təsirli olduğu söyləyib.
Son xəbərlər
Son Xəbərlər