“Kim nə istəyir danışsın...” - Primadonnaya cavab

kim-ne-isteyir-danissin-
Oxunma sayı: 2639


Brilliant Dadaşova mövzü ilə əlaqədar danışmaq istəməsə də,  köməkçisi “Qafqazinfo”ya açıqlamasında məsələni bu cür şərh edib:

“Brilliant xanım bu haqda danışmaq istəmir. Onun üçün fərqi yoxdur, kim nə istəyir danışsın”.  

Qeyd edək ki, İlhamə Quliyeva ATVxəbər.az-a açıqlamasında  Dadaşovanı tənqid hədəfinə çevirmişdi:

“Ad çəkmək istəmirəm. Sadəcə, bəzi məlumatları oxuyub, heyrətlənirəm. Başqa sənətçinin geyilmiş paltarını geyib, bununla öyünmək, bununla piar olunmaq nə dərəcədə düzgündür? Bununla özünü xoşbəxt sanmaq olarmı? Halbuki, həmin ifaçı Azərbaycanda olanda icazə vermədi ki, sən onunla şəkil çəkdirəsən. 

Mən həmin adamın yerinə xəcalət çəkdim. Bu, Azərbaycanda sənətkarların adına xələldir. Həmin adını belə çəkmək istəmədiyim adama bir sual vermək istəyirəm. Sən heç o paltarı geyinəndə utanmadınmı? Utanıb, xəcalət çəkmədinmi? Ancaq mən sənin yerinə çox xəcalət çəkdim”.

Könül