“Kim təminat verə bilər ki, “Qarabağ” finala yüksələcək?”

kim-teminat-vere-biler-ki-qarabag-finala-yukselecek
Oxunma sayı: 721

Futbol üzrə Azərbaycan kubokunun ilk yarımfinal qarşılaşmasında “Qarabağ”dan alınan 0:2 hesablı məğlubiyyətdən sonra meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransı keçirib.

"Qafqazinfo" xəbər verir ki, mütəxəssis yetirmələrindən narazılıq etməyib.

-    Təəssüf ki, bu gün istədiyimiz oyunu göstərə bilmədik. “Neftçi”nin bir sıra əfsanəsinin gözü önündə qalib gəlməsini istəyirdik. Alınmadı. Qarşıda cavab qarşılaşması var. 

-    Qeyd etdiniz ki, istədiyiniz oyunu göstərə bilmədiniz. Qış fasiləsinədək deyirdiniz ki, bu, sizin komandanız deyil. Bəs indi niyə istədiyiniz oyunu göstərə bilmədiniz?

-    Xeyli sayda oyunçumuz zədəli idi. Georgi Navalovski 2 gün əvvəl Gürcüstan yığmasının heyətində 80 dəqiqə oynayıb. Təbii ki, yorğun idi.

-    Bu qarşılaşmadan bir neçə gün əvvəl qeyd etmişdiniz ki, “Qarabağ”la oyun komandanız üçün imtahan olacaq. Nəticə bir kənara, oyun baxımından komandanızın bu imtahandan keçdiyini düşünürsünüz?

-    Kim təminat verə bilər ki, “Qarabağ” finala çıxacaq? Axı, bu barədə 100 faizlik əminliklə fikir bildirmək olmaz. Əlbəttə, uşaqlar çalışdı. Mən onlara təşəkkür etdim. Kim istəyərdi ki, uduzsun? Ancaq bu axşam qalib gəlmək alınmadı. Hər halda, qış fasiləsindən sonra “Neftçi” daha məzmunlu futbol sərgiləyir.