“Kimdir günahkar?” deyib barışdılar...

kimdir-gunahkar-deyib-barisdilar
Oxunma sayı: 1849

İki il bundan öncə bir-birinin ünvanına sərt sözlər deyərək qalmaqal yaşayan Xalq artisti Röya Ayxanla müğənni İradə İbrahimova barışıb.  “Qafqazinfo” xəbər verir ki, əvvəlcə Röya instaqram səhifəsində İradənin “Kimdir günahkar?” ifasını paylaşaraq onun adını “tag” edib.

İradə həmin görüntüləri “repost” edərək öz səhifəsində yayıb və belə şərh yazıb: “İnsanın həyatında gözəl şeylər olduqca daha çox paylaşmaq, coşdurmaq, o hissləri ətrafına bulaşdırmaq istəyir. Məni bu həyatda çox sevindirən şeylərdən biri də insanları xoşbəxt görməkdir. Röya, üstümüz, başımız hüzura, sevincə bulansın. Parılda”.

“Sevmək, nə gözəl şeysən. Öz içindəki gözəllikləri başqa birində rast gəlmək gözəl hissdir. Səmimiyyətin qalmadığı bir dünyada səmimiyyət görmək çox təsəllivericidir. Röya, çox xoş oldu. Mahnıyla bu gecə atamı da anmış oldum. Bu ifanı çox sevərdi”.

İ. İbrahimova daha sonra Xalq artistinə sual ünvanlayıb: “Doğrudan, görəsən kimdir günahkar?”. R. Ayxan isə suala “gəl, artıq tanış olaq” şərhini yazıb. 

Qeyd edək ki, iki tanınmış arasında qalmaqal İradənin Röya Ayxanın Türkiyədə ulduz ola bilməyəcəyini və buna görə əbəs yerə pul xərclədiyini açıqlamasından sonra başlamışdı. Bundan sonra Röya sənətçinin ünvanına ağır sözlər demişdi.