“Kimin pulunu yemişəm, gəlib desin” - Bank müdiri

kimin-pulunu-yemisem-gelib-desin
Oxunma sayı: 2064

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AtraBank”ın İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Firkət Qəribovun icraatında olan prosesdə E.Nəbiyev ifadə verərək özünü təqsirli bilmədiyini deyib: ““AtraBank” 23 il fəaliyyət göstərib, heç vaxt  qanun pozuntu olmayıb. Bankın səhmlərinin 99,3 faizi mənimdir. Mən necə pul mənimsəyə bilərəm? İttihama görə, 802 min manat pul mənimsəmişəm. Mənim bankdan alacağım 92 milyondur, verəcəyim isə 16 milyon. Kimin pulunu yemişəm gəlib desin. Zərərçəkmiş İlham Nağıyevin pulunu mənimsəməmişəm. Amma deyirsiz mənimsəmişəm. Onda, mənim çoxlu mülklərim var, satın ödənilsin. Bəs niyə həbs etmisiz məni? Digər zərərçəkən Fəridə Məmmədovanın adına qanuni sənədləşmə yolu ilə kredit verilib. Onun həyat yoldaşı sonra rəhmətə getdi. Krediti də vaxtında ödəyirdilər".

Murad Əhməd