Yazımın mətləbinə açmazdan irəli, alman yazıçısı Ziqfrind Lentsin “Qəlb sirdaşı” hekayəsinin sujetinə nəzər salaq.
“Qəlb sirdaşı”
Bir cavan oğlanı Ventsel Vitko adlı birinin köməkçi təyin edirlər. Vitkok məşhur jurnallardan birinin “Məsləhət guşəsi”nin müdiridir. İşinin adı da odur ki, problemli adamlar (oxucular) ona öz dərd-problemlərini yazırlar. Vitkok da jurnal vasitəsiylə onların dərdinə (Nişanlı vaxtın oğlanınmı sözü keçməlidir, yoxsa qızın? Arvad ərinə güzəşt etməlidir, yoxsa əksinə? Məhəbbətlə evlənmək lazımdır, ya yox?) məsləhətləri ilə əlac qılır. Cavan oğlan da Viktoya heyran qalır ki, bu hamının problemini çözə bilmək qüdrətinə sahibdir. Bir gün Viktok köməçisini – gənc oğlanı çağırıb deyir ki, bu məktubu apar filankəsə ver. Cavan oğlan məktubu aparıb verir deyilən adama. Ancaq məktubu alan adamın reaksiyası gözlənilməz olur:
– Başına dəysin köçməyi, onu özümüz burdan rədd eləmədik?!
Bir neçə gün sonra Viktok cavan köməkçisininə internatda qalan oğluna çatdırmaq üçün bağlama verir. Cavan bağlamanı aparıb gözətçiyə verir ki, uşağa çatdırsın. Heç uzaqlaşmamış Viktokun oğlu onu haqlayıb deyir:
– Aparın başına çırpın, deyin ki, bu mənə lazım deyil.
Bir dəfə Vitkok gənc köməkçisinə yenə məktub verir ki, apar meyxanadakı qadına ver. Cavan oğlan meyxananı tspıb məktubu deyilən qadına verir. Məktubu alıb cırıqlayandan sonra qadın əsəbi halda dillənir:
– Ərimə deyin ki, boşanmaq üçün ərizə vermişəm.
Deməli
Lentsin hekayəsindən belə nəticə hasil etmək çətin olmaz ki, öz həyatı alt-üst olan (arvadı meyxanədə, uşağı internatda olan, evdən qovulan) biri cəmiyyətin problemini həll edir, hətta onlara ağıl verir. Eyni analogiyanı bizim yaşadığımız cəmiyətdə aparsaq görərik ki, ömründə iki kitab oxumamış, dünya mədəniyyətini geyindiyi brendlərlə ölçən aparıcılar televiziyadan xalqa ağıl verirlər. Özü də utanmaz-utanmaz, “mənim anam belə edərdi”, “nənəm belə deyərdi” kimi bayağı cümlələrlə özlərini hörmət minbərinə mindirirlər. Guya bunların ailələri normaldır, özləri də xeyirxah, nəcib övladdırlar. Təkcə bu sahədə yox, cəmiyyətin bir çox sahəsində müəyyən ağılsız insanlar ağıl öyrədirlər, vicdansızlar vicdandan dəm vururlar. Nəticədə, ideal görməmiş cəmiyyət formalaşır. Görün, bizim qəlb sirdaşlarımız, həmdərdlərimiz kimlərdir də...
Son xəbərlər
Son Xəbərlər