Bu gün İsveçrənin Sürix şəhərində keçiriləcək mərasimdə FİFA-nın hər il təşkil etdiyi “Ən yaxşı futbolçu” adına 2015-ci ildə kimin layiq görüldüyü bəlli olacaq.
“Qafqazinfo” xəbər verir ki, tarixi 1956-cı ilə dayanan bu mükafata bu günə qədər dünyanın bir çox məşhurları sahib çıxıb.
Lakin indiyə qədər Argentina millisinin və “Barselona”nın ulduz futbolçusu Lionel Messidən başqa heç kim 4 və ya 5 dəfə bu mükafatı qazanmayıb. Artıq 2012-ci ildə 4-cü dəfə “Qızıl top”un sahibi olmaqla rekord qıran Leo 5-ci dəfə də bu titular sahib çıxmağa yaxındır. Əslində ali futbol qurumunun rəsmi saytı yanlışlıqla da olsa, bu mükafatın bu il Messiyə veriləcəyini açıqlayıb. Belə olacağı təqdirdə ulduz hücumçu 5-ci dəfə planetin ən yaxşısı seçilməklə zirvədəki yerini bir az da möhkəmlədəcək.
1956 - Stenli Mettyuz (İngiltərə, "Blekpul")
1957 - Alfredo Di Stefano (İspaniya, "Real")
1958 - Raymon Kopa (Fransa, "Real")
1959 - Alfredo Di Stefano (İspaniya, "Real")
1960 - Luis Suares (İspaniya, "Barselona")
1961 - Omar Sivori (İtaliya, "Yuventus")
1962 - Yozef Masopust (Çexoslovakiya, "Dukla")
1963 - Lev Yaşin (SSRİ, "Dinamo" M)
1964 - Denis Lou (Şotlandiya, "Mançester Yunayted")
1965 - Eysebio (Portuqaliya, "Benfika")
1966 - Bobbi Çarlton (İngiltərə, "Mançester Yunayted")
1967 - Florian Albert (Macarıstan, "Ferentsvaroş")
1968 - Corc Best (Şimali İrlandiya, "Mançester Yunayted")
1969 - Ciani Rivera (İtaliya, "Milan")
1970 - Herd Müller (AFR, "Bavariya")
1971 - Yohan Kroyf (Hollandiya, "Ayaks")
1972 - Frans Bekkenbauer (AFR, "Bavariya")
1973 - Yohan Kroyf (Hollandiya, "Barselona")
1974 - Yohan Kroyf (Hollandiya, "Barselona")
1975 - Oleq Bloxin (SSRİ, "Dinamo")
1976 - Frans Bekkenbauer (AFR, "Bavariya")
1977 - Allan Simonsen (Danimarka, "Borussiya" M)
1978 - Kevin Kiqan (İngiltərə, "Hamburq")
1979 - Kevin Kiqan (İngiltərə, "Hamburq")
1980 - Karl-Hayns Rummeniqqe (AFR, "Bavariya")
1981 - Karl-Hayns Rummeniqqe (AFR, "Bavariya")
1982 - Paolo Rossi (İtaliya, "Yuventus")
1983 - Mişel Platini (Fransa, "Yuventus")
1984 - Mişel Platini (Fransa, "Yuventus")
1985 - Mişel Platini (Fransa, "Yuventus")
1986 - İqor Belanov (SSRİ, "Dinamo")
1987 - Ruud Qullit (Hollandiya, "Milan")
1988 - Marko van Basten (Hollandiya, "Milan")
1989 - Marko van Basten (Hollandiya, "Milan")
1990 - Lotar Matteus (Almaniya, "İnter")
1991 - Jan-Pyer Papen (Fransa, "Marsel")
1992 - Marko van Basten (Hollandiya, "Milan")
1993 - Roberto Bacco (İtaliya, "Yuventus")
1994 - Xristo Stoiçkov (Bolqarıstan, "Barselona")
1995 - Corc Vea (Liberiya, "Milan")
1996 - Mattias Zammer (Almaniya, "Borussiya" D)
1997 - Ronaldo (Braziliya, "İnter")
1998 - Zinədin Zidan (Fransa, "Yuventus")
1999 - Rivaldo (Braziliya, "Barselona")
2000 - Luiş Fiqo (Portuqaliya, "Real")
2001 - Maykl Ouen (İngiltərə, "Liverpul")
2002 - Ronaldo (Braziliya, "İnter" / "Real")
2003 - Pavel Nedved (Çexiya, "Yuventus")
2004 - Andrey Şevçenko (Ukrayna, "Milan")
2005 - Ronaldinyo (Braziliya, "Barselona")
2006 - Fabio Kannavaro (İtaliya, "Real")
2007 - Kaka (Braziliya, "Milan")
2008 - Kriştianu Ronaldo (Portuqaliya, "Mançester Yunayted")
2009 - Lionel Messi (Argentina, "Barselona")
2010 - Lionel Messi (Argentina, "Barselona")
2011 - Lionel Messi (Argentina, "Barselona")
2012 - Lionel Messi (Argentina, "Barselona")
2013 - Kriştianu Ronaldo (Portuqaliya, "Real" M)
2014 - Kriştianu Ronaldo (Portuqaliya, "Real" M)
Son xəbərlər
Son Xəbərlər