“Kimlərinsə adamları o pulu ala bilir, camaat yox”

kimlerinse-adamlari-o-pulu-ala-bilir-camaat-yox
Oxunma sayı: 4820

“Bildiyiniz kimi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün fermerlərə dövlət tərəfindən böyük vəsaitlər ayrılır. Bu vəsaitlər kənd təsərrüfatı ilə məşğul olan şəxslərə və yerinə çatmır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında millət vəkili Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, pul var, vəsait ayrılır, təsərrüfat bu pulu almağa layiq görülür lakin sənədləşmələr gecikir: “Sənədlər dəfələrlə gedir banka, amma geri qaytarılır. Belə-belə aylar keçir. Təsərrüfat dərman, gübrə almalı idisə də, vaxtında ala bilmədiyinə görə məhsulların yetişdirilməsinə ciddi ziyan dəyir. Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki qurumlarının əməkdaşları fermerlərlə banklar arasında bu kimi problemlərin həlli ilə məşğul olmalı, yalnız statistika aparmamalıdır”.

***

Deputatın sözlərinə görə, yerlərdə örüş torpaqlarının kimlərə və neçə illiyə verilməsi araşdırılmalıdır: “Bununla yanaşı, bu problem suvarmada da yanaşır. Bilirik ki, rayonlarda, kəndlərlə ən münbit torpaqlar rayon rəhbərlərindədir, rayon rəhbərlərinin qohumlarınındır. 

Suvarma suyu onların torpaqlarından başqa camaata çatmır. Vəsait ayrılmasında, suvarmada problemlər var, kimlərinsə adamları o pulu ala bilir, camaat ala bilmir. Ona görə də gələcəkdə bu məsələyə diqqət yetirilməlidir”.

Zaur Mirzə