“Kimsə plan qurubsa, biz onlara sağ ol deyərik”

kimse-plan-qurubsa-biz-onlara-sag-ol-deyerik
Oxunma sayı: 1118

“Əgər kimsə ümumi səhnələrlə səsverməyə kölgə salmaq planı qurubsa o yolu getməsin. Belədirsə, biz onlara sağ ol deyərik. Konkret faktlarla çıxış etsinlər ki, bunun da bizə köməyi olsun”.

“Qafqazinfo” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. M. Pənahovun sözlərinə görə, neqativ hal görən şəxslər konkret faktlarla çıxış etməlidirlər: “Bizim marağımızdadır ki, çatışmazlıqlar olmasın. Çünki hansısa məsələ olanda biz cəzalandırırıq”.

Günel Türksoy